USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb


  • İdman
  •  18:19 05.10.2023
  •  103
https://img.baki-baku.az/news/2023/10/photo_8778.jpg

Azərbaycanın gənc cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

73 kiloqram çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Bu raundda italiyalı Fabritsio Espozitoya qalib gələn cüdoçu 1/8 finalda gürcüstanlı Giorgi Loladzeni məğlub edib. 1/4 finalda fransalı Eliot Preveni mübarizədən kənarlaşdıran V. Qələndərzadə finala gedən yolda qazaxıstanlı Adilet Almatı üstələyib. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi Cek Yonezuka ilə üz-üzə gələcək.

Bu çəki dərəcəsində yer alan digər cüdoçu Süleyman Əliyev və 57 kiloqramda mübarizə aparan qadın cüdoçu Fidan Əlizadə isə mundialı medalsız başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman