USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Premyer Liqada yeni rekord


  • İdman
  •  15:22 18.09.2023
  •  93
https://img.baki-baku.az/news/2023/09/photo_8336.jpg

Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb. “XQ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunu, ümumilikdə, 10950 tamaşaçı izləyib.

Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə, 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.

Elçin ABBASOV

XQ




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

İdman