USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Həndbol üzrə Azərbaycan çempionatının təqvimi


  • İdman
  •  15:31 13.09.2023
  •  118
https://img.baki-baku.az/news/2023/09/photo_8207.jpg

Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyası xəbır verir ki, kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.

2023-2024-cü illər mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək. Qadınlarda 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərdə isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda mübarizə aparacaq.

Qadınlar arasında I turun oyunları noyabrın 11-də start götürəcək. Həmin gün saat 13:00-da “Azəryol”  “Gənclər Birliyi” ilə, 17:00-da isə "Kür”  “Qarabağ”la üz-üzə gələcək. Noyabrın 12 -də isə  saat 13:00-da “Bakı”  “İdman Akademiyası” ilə qarşılaşacaq.

Kişilərin çempionatında isə noyabrın 11-də 

“Kür”  “Təhsil” komandası ilə qarşılaşacaq. Həmin görüş saat 15:00-da başlayacaq. 

Noyabrın 12-si isə 11:00-da “İdman Akademiyası”  “Dinamo” ilə qarşılaşacaq. Həmin gün saat 15:00-da “Azəryol” “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman