USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Cüdo üzrə Avropa Çempionatında 15 idmançı ilə təmsil olunacaq


  • İdman
  •  22:29 04.09.2023
  •  110
https://img.baki-baku.az/news/2023/09/photo_8009.jpg

Azərbaycan Cüdo üzrə Avropa Çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından (ACF)bildirilib ki, bu məqsədlə gənc cüdoçular Avropa Çempionatına yola düşüblər.

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa Çempionatına hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada, Fransada, Yaponiyada, Avstriyada, Almaniya, Polşada, Sloveniyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İdman