USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ronaldu daha Avropada oynamayacaq


  • İdman
  •  14:25 18.07.2023
  •  123
https://img.baki-baku.az/news/2023/07/photo_7635.jpg

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu, poryuqaliyalı forvard Kriştianu Ronaldu birmənalı qarşılanmayan daha bir açıqlaması ilə yadda qalıb. Türkiyə mediasının məlumatına görə, “Metro” nəşrinə müsahibə verən Ronaldu deyib ki, Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür.

Mənbə yazır ki, K.Ronaldu argentinalı ulduz futbolçu Lionel Messinin “İnter Mayami” klubuna keçidi ilə bağlı sualı cavablandırarkən bu ifadəni işlədib.

Ronaldu Səudiyyə Ərəbistanı liqasına keçdiyi üçün ilk vaxtlar çoxlu tənqidlərlə üzləşdiyini söyləyib. O deyib: “Bəs nə oldu? Mən bu çempionata maraq oyatdım, indi bir çox futbolçular bura gəlirlər. Hətta bir ildən sonra demək olar ki, bu liqa Türkiyə və ya Niderland çempionatlarını belə üstələyəcək”.

Kriştianu Ronaldu Avropaya qayıtmayacağını dilə gətirib. Portuqaliyalı forvard Avropa futbolunun keyfiyyətini itirdiyini söyləyib. Qeyd edib ki, İngiltərə Premyer Liqası Avropa çempionatları arasında digərlərindən daha yüksək səviyyədədir. “Əminəm ki, daha Avropada oynamayacağam”, - deyə Ronaldu bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 16 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Elçin AĞAMİRZƏ




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman