USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyəli mütəxəssis ictimaiyyətə təqdim olunub


  • İdman
  •  15:06 08.06.2023
  •  123
https://img.baki-baku.az/news/2023/06/photo_7575.jpg

Bu gün Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına yeni rəhbər təyin olunmuş türkiyəli mütəxəssis Şahin Çatmanın iştirakı ilə mətbuat konfransı keçirilib. Voleybol Mərkəzində təşkil olunan konfransda Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentler Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Ş.Bağırov tədbiri açaraq qonaqları salamlayıb. Federasiyanın yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışan qurum rəhbəri bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib.  Ş.Bağırov təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan bu işlərə start verəcəyini vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını da əlavə edib.

Sonra Şahin Çatma çıxış edərək AVF rəhbərliyinə ona etimad göstərildiyinə görə təşəkkürünü bildirib. Ölkəmizdə daim uşaq voleyboluna diqqət ayrıldığını deyən türkiyəli mütəxəssis bu istiqamətin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib.

Vitse-prezident Faiq Qarayev çıxış edərək Ş.Çatmayla Türkiyədə birgə çalışdıqlarını deyib, federasiyasının ölkəmizdə yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi işində onun  böyük köməyi olacağına inandığını vurğulayıb, uğurlar arzulayıb.

 

Elçin ABBASOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İdman