USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Messi kimi seçəcək: PSJ-ni, yoxsa “Əl-Hilal”ı?


  • İdman
  •  14:18 26.05.2023
  •  101
https://img.baki-baku.az/news/2023/05/photo_7532.jpg

Parisin PSJ futbol klubu mövsümün sonunda müqavilə müddəti başa çatacaq argentinalı hücumçu Lionel Messini heyətdə saxlamağa çalışır. PSJ 36 yaşlı hücumçuya 1+1 illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırlaşır. Bu barədə TNV “Spor” məlumat yayıb.

Mənbə qeyd edir ki, bu yaxınlarda klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına səfər etdiyi üçün cəzalandırılan və bir müddət heyətdən kənarlaşdırılan Lionel Messi üzr istəyib və ulduz futbolçu heyətə geri qaytarılıb.

Qeyd edək ki, son zamanlar adı bir çox klublarla hallanan Messi üçün çoxsaylı transfer təklifləri mövcuddur. Belə ki, “Daily Express” “Əl-Hilal” klubunun Argentina klubu kapitanına 400 milyon avroluq transfer təklif etdiyini yazıb.

Bu günlərdə isə Ərəbistan klubunun sonuncu dünya çempionuna etdiyi təklifi daha 100 milyon avro artırdığı qeyd edilir. Hətta bəzi mənbələr Messinin “Əl-Hilal” klubu ilə razılığa gəldiyini də yazırlar. Lakin Lionel Messinin meneceri və atası Xorxe Messi oğlunun “Əl-Hilal” klubu ilə razılaşması barədə şayiələrin yalan olduğunu açıqlayıb. Xorxe Messi deyib: “Gələn mövsüm üçün qətiyyən heç bir klubla sövdələşmə aparılmayıb. Vəziyyətə mövsümün sonunda qərar verəcəyik”.

Elçin AĞAMİRZƏ




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

İdman