USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sabah Taekvondo üzrə Dünya Çempionatına həsr olunmuş konsert olacaq


  • İdman
  •  14:13 26.05.2023
  •  56
https://img.baki-baku.az/news/2023/05/photo_7531.jpg

Sabah saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında Taekvondo üzrə Dünya Çempionatına həsr olunmuş konsert proqramı təşkil ediləcək.

Konsertin əsas ulduzları Xalq artistləri Aygün Kazımova və sevilən müğənni Miri Yusif olacaqlar. Onlar öz sevimli ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaqlar. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək. Qeyd edək ki, şənbə günü baş tutacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışda iştirak üçün 145 ölkədən, ümumilikdə, 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

 

Elçin ABBASOV




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

İdman