USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İdman Akademiyası tələbəsinin kitabı təqdim olunub


  • İdman
  •  12:13 25.05.2023
  •  134
https://img.baki-baku.az/news/2023/05/photo_7524.jpg

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbəsi Əlihadi (Desselb) Xaneqahinin ingilis dilində şəxsi inkişaf janrında yazılmış “Book NOT About Success” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Akademiyanın elmi katibi Bəxtiyar Rüstəmov iştirakçılara kitab haqda məlumat verib və müəllifə uğurlar arzulayıb. Sonra ümummilli lider Heydər Əliyevin idman və mədəniyyət mövzusunda fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub.

Müəllif Əlihadi (Desselb) Xaneqahi kitabın təqdimat mərasiminə gələn hər kəsə təşəkkür edib. Mərasimdə tələbənin həyat hekayəsinə həsr olunmuş videoçarx da nümayiş olunub.

Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək gənc müəlliflə fəxr etdiyini vurğulayıb və ona uğurlar arzulayıb. “re:Azerbaijan” layihəsinin yaradıcısı Adnan Hüseyn isə bu cür yaradıcı istedadların gənclər üçün nümunə olduğunu bildirib.

Sonda müəllif kitabları öz imzası ilə iştirakçılara təqdim edib.

Elçin ABBASOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İdman