USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Musa Mikayılzadə “Tour of Albania” yarışının ilk mərhələsində 6-cı olub


  • İdman
  •  10:39 23.05.2023
  •  130
https://img.baki-baku.az/news/2023/05/photo_7510.jpg

Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışına start verilib. Şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun ilk mərhələsində velosipedçilər Tirane - Dushk - Kerrabe marşrutu üzrə 142.3 km məsafə qət ediblər.

Yarışda 10 ölkədən 13 komandanın tərkibində, ümumilikdə, 79 idmançı medallar uğrunda mübarizə aparıblar.

Veloturda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandası mərhələni uğurla başa vurub. Millimizin üzvlərindən Musa Mikayılzadə yarışda əzmkarlıq göstərərək 3 saat 21 dəqiqə 15 saniyə nəticə ilə 6-cı yerə layiq görülüb.

Digər velosipedçilərimizdən Samir Cəbrayılov (03:22:35) 12-ci, Kamran Mirzəxanov (03:27:25) 35-ci, Şahin Eyvazov (03:27:27) 37-ci, Nəcəf Bağırov (03:31:13) isə 43-cü yerdə qərarlaşıblar.

S.Cəbrayılov marşrutun 38,5-ci km-də təyin olunmuş sprint ara finişində 1-ci olub və aktivinə 5 xal yazdırıb.

Mərhələnin qalibi 3 saat 20 dəqiqə 5 saniyə nəticə ilə Böyük Britaniyanın “Velo Schils Interbike Racing Team” komandasının üzvü Maksimilian Stedman olub.

Qeyd edək ki, yarışda Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Kosovo, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.

Veloturun sonuncu mərhələsi mayın 26-da baş tutacaq.

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İdman