USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Kuboku turnirinin ilk günündə 16 medal


  • İdman
  •  12:19 08.05.2023
  •  137
https://img.baki-baku.az/news/2023/05/photo_7435.jpg

Göygöldə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.

Turnirin ilk günündə 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.

Qeyd edək ki, qızların yarışında -40 kq çəkidə Nigar Məmişova qızıl, Xədicə Abdullayeva bürünc, Gülşən Hüseynova bürünc medal qazanıblar.  -44 kq çəkidə Aytac Yoçuzadə gümüş,-48 kq çəkidə Vüsalə Hacıyeva qızıl medala yiyələniblər.  -52 kq çəkidə Xədicə Qədəşova isə gümüş medal əldə edib.

Oğlanların mübarizəsində -50 kq çəkidə Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş medala sahib olublar. -55 kq çəkidə Mirxaliq İskəndərov qızıl, Fərid Qarayev gümüş, Ayxan Mirzəzadə bürünc, Murad Fətullayev bürünc medal qazanıblar.

-60 kq çəkidə Məhəmməd Musayev qızıl, Xanəhməd Şərifov bürünc medal əldə ediblər.

-66 kq çəkidə  Cəsur İbadlı fəxri kürsünün ən yüksək zirvəsinə yüksələrək qızıl medal əldə edib. Mehdi Cəfərov isə gümüş medal qazanıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İdman