USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Milan” və “Real”dan qələbə


  • İdman
  •  09:53 13.04.2023
  •  142
https://img.baki-baku.az/news/2023/04/photo_7346.jpg

Dünən axşam qitənin ən nüfuzlu futbol turnirlərindən olan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçları çərçivəsində daha iki görüş keçirilib. İtaliyada  MilanNapolini, İspaniyada isə Real-Çelsini sınağa çəkib.

İlk hissədə təşəbbüsü ələ alan “Milan” klubu 40-cı dəqiqədə “Napoli”nin qapısına yol tapmağı bacarıb. “Milan”ın qolunu Bennacer vurub. İlk hissə bu hesabla başa çatıb.

Paralel olaraq Madriddə keçirilən “Real”-“Çelsi” qarşılaşmasında da oxşar ssenari yaşanıb. Belə ki, matçın birinci hissəsində meydan sahibləri rəqibin torunu sirkələməyi bacarıblar. Belə ki, 22-ci dəqiqədə Kərim Benzema London təmsilçisini yenidən meydanın mərkəzindən oyuna başlamağa məcbur edib.

Hər iki görüşdə birinci hissə 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

İkinci hissə də komandalar arasında qarşılıqlı hücumlar şəraitində keçib. Lakin qonaqlar heç nə ilə yadda qalmayıblar. İkinci hissədə “Napoli” 75-ci (Anguissa) dəqiqədən, “Çelsi” isə 59-cu (Chilvell) dəqiqədən sonra qırmızı vərəqə ucbatından meydanda azlıqda qalıb.

Qeyd edək ki, “Milan”-“Napoli” matçı ilk hissədə meydan sahiblərinin vurduğu yeganə qol sayəsində minimal hesabla başa çatıb-1:0. “Real”-“Çelsi” oyununda isə madridlilər ikinci hissənin 74-cü dəqiqəsində Assensionun qolu ilə hesabı 2:0-a çatdırıblar. Bu, görüşdə sonuncu qol olub.

Qeyd edək ki,  indiyədək, ümumilikdə, 24 dəfə qarşılaşan “Milan”-“Napoli” komandalarının son görüşündə meydan sahibləri 9-cu dəfə qələbə qazanıblar.

Beşinci dəfə üz-üzə gələn “Real”-“Çelsi” komandalarının görüşündə isə Kral klubu ümumi hesabda üstünlüyü bir qədər də artırıb. Belə ki, madridlilər bu dueldən üçüncü dəfə qalib ayrılıblar.

Elçin ABBASOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İdman