USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Boks Federasiyası İrəvandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlayıb


  • İdman
  •  13:35 24.05.2022
  •  199
https://img.baki-baku.az/news/2022/05/photo_7053.png

Azərbaycan Boks Federasiyası (ABF) Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.

ABF-dən apasport.az saytına verilən məlumata görə, məktubda bildirilir: “Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası - insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir: “Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

İdman