USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qurban Qurbanov futbol tarixində feyr-pley jestləri siyahısına düşüb


  • İdman
  •  13:33 09.03.2022
  •  250
https://img.baki-baku.az/news/2022/03/photo_6478.jpg

Futbol tarixində feyr-pleyə layiq hərəkətlər araşdırılıb.

Apasport.az xəbər verir ki, 8 belə jestə yer verilib, onlar arasında Azərbaycan təmsilçisi də var.

Bu mövsüm Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”ə vurduğu qolun baş məşqçi Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olunması ən ədalətli jestlər sırasına düşüb. Bakıdakı görüşün birinci hissəsində cinah ötürməsini İbrahima Vadji qapıdan keçirib və baş hakim qolu qeydə alıb. Forvard topu əllə vurduğunu bildirməsə də, yalnız Qurbanovun məsləhətindən sonra hakimə gerçəyi deyib və qol ləğv edilib.

Seçilən digər 7 feyr-pley hərəkəti bunlardır:

Miroslav Kloze (“Latsio”) – rəqib “Napoli”

2012-ci il. Kornerdən ötürmədən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv elətdirib.

Morten Viqhorst (Danimarka) – rəqib İran

2003-cü il. Rəqib müdafiəçinin matçın bitdiyini zənn edib topu cərimə meydanı daxilində əlinə götürdüyü üçün təyin olunan penaltini kənara vurub.

Erik Myölde (“Brann”) – rəqib “Lilleström”

2012-ci il. Futbolçu zədələndiyi üçün dayandırılan oyunun bərpası zamanı “Brann”ın kapitanı Erik Myöldenin rəqibə ötürdüyü top qapıçının irəlidə olması səbəbindən tora daxil olub. Kapitanın komanda yoldaşlarına göstərişindən sonra “Lillestrom”un oyunçusu topu mərkəzdən başlayaraq heç kim maneçilik törətmədən qapıdan keçirib.

Marselo Byelsa (“Lids”) – rəqib “Aston Villa”

2020-ci il. “Aston Villa”nın oyunçusunun mərkəzdə zədələnməsinə baxmayaraq, oyunu davam etdirən “Lids” futbolçuları qol vurublar. Nəticədə iki komanda arasında dava-dalaş düşüb. Məsələyə müdaxilə edən Byelsa rəqibin qol vurmasına mane olmamalarını oyunçularına tapşırıb.

Arsen Venger (“Arsenal” – rəqib “Şeffild Yunayted”

1999-cu il. “Şeffild Yunayted”in oyunçusu zədələndiyi üçün qapıçı topu kənara vurub. Ancaq topu meydana daxil edilən “Arsenal” futbolçuları onu rəqibə vermək əvəzinə anidən hücuma atılaraq qol vurub. Bu sayədə “topçular” ölkə kubokunda mərhələ adlayıb. Lakin qarşılaşmadan sonra Arsen Venger mübahisəli qolun ləğvini və matçın yenidən keçirilməsini tələb edib. İngiltərə Futbol Assosiasiyası da bunu qəbul edib.

Daniele De Rossi (“Roma”) – rəqib “Messina”

2006-cı il. Cərimə zərbəsindən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv elətdirib.

Paolo Di Kanio (“Everton”) – rəqib “Vest Hem”

2000-ci il. Rəqib qapıçı zədələndiyi üçün cinah ötürməsindən sonra topu boş qapıdan keçirmək imkanı olduğu halda onu əli tutaraq, qolkiperə tərəf irəliləyib.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

İdman