USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maruan Fellaini “Qarabağ”a təklif olunub


  • İdman
  •  13:34 06.01.2022
  •  266
https://img.baki-baku.az/news/2022/01/photo_6005.jpg

“Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var.

Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 2019-cu ildən Çinin “Şandun Tayşan” klubunda çıxış edən 35 yaşlı orta sahə oyunçusu yenidən Avropaya qayıtmaq arzusundadır. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında “Qarabağ” da var.

Ancaq futbolçunun yaşı və “Qarabağ”da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.

Qeyd edək ki, Maruan Fellaini karyerası ərzində “Standard”, “Everton” və “Mançester Yunayted”in formasını geyinib.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

İdman