USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Birinci MDB Oyunlarında sərbəst güləşçilərimiz 7 medal qazandılar


  • İdman
  •  00:13 05.09.2021
  •  291
https://img.baki-baku.az/news/2021/09/photo_4895.jpg

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulub.

Trend-in verdiyi xəbərə görə, ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil ediblər.

Ə.Aşırov, A.Abakarov və O.Nurməhəmmədov çempion olublar. İ.İlyasov və A.Əhmədov ikinci, Ə.Rzazadə və S.Cəfərov isə üçüncü yeri tutublar.

Beləliklə, millimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Yunan-Roma güləşi üzrə millimiz birinci MDB Oyunlarında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qadın güləşçilərimiz isə 1 gümüş və 2 bürünc mükafata sahib olublar.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

İdman