USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tanınmış idman ustası dünyasını dəyişib


  • İdman
  •  09:55 03.09.2021
  •  220
https://img.baki-baku.az/news/2021/09/photo_4876.jpg?v=MjAyMS0wOS0wMyAxMDowMDoyNg==

Tanınmış idman ustası, "Neftçi" klubunun sabiq prezidenti, bir çox mükafatların qalibi Aydın İbrahimov 83 yaşında koronavirusdan dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat verib. Qeyd edək ki, A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb.

İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Nailiyyətlərinə görə keçmiş SSRİ-nin Əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

İdman