USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Boksçularımız MDB Oyunlarında mübarizəyə başlayırlar


  • İdman
  •  11:39 02.09.2021
  •  230
https://img.baki-baku.az/news/2021/09/photo_4868.jpg

Rusiyanın Kazan şəhərində keçiriləcək birinci MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, püşkə əsasən, yeniyetmələrdən ibarət millimizin üzvlərinin də rəqibləri bəlli olub. Belə ki, oğlanların yarışında dörddəbir finalda Ramal Yolçuyev (46 kq) Temirxan Daniyarov (Qırğızıstan), Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus), İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonov (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanov (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsov (Belarus) ilə mübarizə aparacaqlar.

Qız boksçular arasında təşkil olunacaq yarışda isə yarımfinal mərhələsində Aysu İsmayılova (48 kq) Anita Adişeva (Qazaxıstan), Qızbəs İsgəndər (57 kq) Rano Muratbayeva (Özbəkistan), Emili Rzayeva (63 kq) Kristina Qalkina (Rusiya) ilə qarşılaşacaqlar.

Sentyabrın 2-də start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final qarşılaşmaları baş tutacaq.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman