USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lüksemburq və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb


  • İdman
  •  22:16 01.09.2021
  •  225
https://img.baki-baku.az/news/2021/09/photo_4863.jpg

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq.

Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Əli Qurbani, Abbas Hüseynov, Toral Bayramov, Filip Ozobiç və İsmayıl İbrahimli yer alıblar.

Lüksemburq yığmasının heyətində isə meydana Antoni Moris, Enes Mahmutoviç, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto, Loran Yans və Sebastien Thil çıxacaqlar.

Matçın baş hakimi FIFA referisi İrfan Pelto olacaq. Ona həmyerliləri Senad İbrisimbegoviç və Davor Beljo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Admir Sehoviç yerinə yetirəcək.

Görüşün VAR hakimi Marko Fritz, onun köməkçisi isə Markus Sinn (hər ikisi Almaniya) olacaq.

Qeyd edək ki, iki oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İdman