USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020”nin qızıl medalını qazanıb


  • İdman
  •  15:19 29.08.2021
  •  271
https://img.baki-baku.az/news/2021/08/photo_4821.jpg?v=MjAyMS0wOC0yOSAxNTozOTo1NQ==

Paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olub. Rəqibini ipponla məğlub edən D.Kərimova Paralimpiya çempionu olub.

Qeyd edək ki, indiyədək Azərbaycan komandasının aktivində 10 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

İdman