USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rüstəm Orucov olimpiya bürüncünü qazanmaq şansını itirdi - Mübarizə aparmış 16 atletimiz medalsızdır


  • İdman
  •  14:46 26.07.2021
  •  224
https://img.baki-baku.az/news/2021/07/photo_4494.jpg

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının bayraqdarı Rüstəm Orucov mübarizəyə qoşulub.

Olimpiya mükafatçımız bu dəfə məğlubiyyətə üzülüb. O, bürünc medal uğrunda görüşdə cənubi koreyalı rəqibi ilə bacarmayıb.

Cüdo
26 iyul
1/16 final
73 kq

Orucovun startda qurbanı Rusiya təmsilçisi Musa Moquşkov olub. Rəqibini vazari ilə məğlub edən 30 yaşlı cüdoçu 1/8 finalda tacikistanlı Somon Maxmadbekova da eyni qaydada qalib gəlib. Rüstəmin 1/4 finaldakı rəqibi isə Rio-2016-nın finalında uduzduğu Şohei Ono olub. Lakin təmsilçimiz 5 il əvvəlki məğlubiyyətin revanşını ala bilməyib. O, Olimpiya çempionuna bu dəfə ipponla uduzub.

Məğlubiyyətə baxmayaraq, Orucov mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. Cüdoçumuz bürünc medala gedən yolda Kosovo təmsilçisi Akil Qyakovanı sınağa çəkib. Həmyerlimiz təsəlliverici görüşdə rəqibini qızıl xalla üstələyib. O, 3-cü yer uğrunda mübarizədə Bakıda dünya çempionu olan cənubi koreyalı An Çanqrimlə qarşılaşıb və məğlubiyyətə üzülüb. Nəticədə Rüstəm çıxışını 5-ci yerdə bitirib.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə qatılan yığmamızın heyətində Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq) və Orxan Səfərov (66 kq) çıxışını medalsız başa vurub.

Bu gün Azərbaycan millisinin daha altı idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Bunlar cüdoçu Rüstəm Orucovla yanaşı, taekvondoçular Fəridə Əzizova ilə Milad Beiqi Harçeqani, triatlonçu Rostislav Pevtsov, qılıncoynadan Anna Başta və stend atıcısı Emin Cəfərovdur. Onlardan heç biri günü medalla tamamlaya bilməyib. Bununla da Olimpiadada çıxışı yekunlaşan təmsilçilərimizin sayı 16-ya çatıb.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
18. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finala yüksəlib
19. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala yüksəlib
20. Murad Fətiyev (cüdo, 81 kq)
21. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
22. Zelim Kotsoyev (cüdo, 100 kq)
23. Uşanqi Kokauri (cüdo, +100 kq)
24. İrina Kindzerskaya (cüdo, +78 kq)
25. Edi Reski Dviçahyo (badminton)
26. Anna Skidan (atletika, çəkicatma)
27. Nazim Babayev (atletika, üç təkanla tullanma)
28. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
29. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
30. Alfonso Dominqes (boks, 81 kq)
31. Turan Bayramov (sərbəst güləş, 74 kq)
32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
33. Elis Manolova (qadın güləşi, 68 kq)
34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

İdman