USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tokioda Olimpiada ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 91-ə çatıb


  • İdman
  •  11:36 22.07.2021
  •  217
https://img.baki-baku.az/news/2021/07/photo_4457.jpg

İyulun 22-də, Tokio Olimpiadasının açılış mərasiminə cəmi bir gün qalmış Yaponiyada Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 91 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, cümə axşamı günü Olimpiada ilə əlaqədar daha 12 nəfərdə COVID-19 virusu aşkar edilib. Bunlardan ikisi əcnəbi idmançı, dördü xarici nümayəndə heyətinin üzvü, altısı isə müqavilə ilə işləyən yerli əməkdaşlardır.

Beləliklə, Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma sayı 91 nəfərə çatıb və onlardan 52-si Yaponiya vətəndaşı, 39-u isə əcnəbidir.

Xatırladaq ki, Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu Olimpiadanın idman növlərinin sayına (33) və kateqoriyalar üzrə (339) ən böyük idman yarışları olacağı gözlənilir. Oyunlarda 19 min idmançının iştirak edəcəyi də planlaşdırılır.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman