- Daxili siyasət
- 11:19 17.04.2024
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokioda keçiriləcək Olimpiya Oyunlarında mükafatlandırma mərasimləri zamanı idmançıları siyasi etirazlar bildirilməsinin, siyasi demarşlar etməsinin yolverilməzliyi ilə bağlı xəbərdar edib. "Baki-Baku.az" xəbər verir ki, bunu o, "Financial Times"a müsahibəsində bildirib.
"Pedestal və medal mərasimi siyasi nümayişlər üçün yaradılmadı. Şəxsi baxışlarına deyil, idmançılara və idman göstəricilərinə görə medal qazananlara hörmət etmək üçün hazırlanmışdır", - deyən BOK rəhbəri olimpiadaların xalqları və ölkələri birləşdirməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Olimpiada 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il təxirə salındı. İndi 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. Təşkilatçılar Oyunların xarici azarkeşlər olmadan keçirilməsinə qərar veriblər. Yerli tamaşaçılar isə Tokio da daxil olmaqla Yaponiyanın altı əyalətindəki Olimpiya tədbirlərinə buraxılmayacaqlar.