USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şenol Günəş: “Azərbaycanda rəqiblər bizə qarşı özlərini səfərdə hiss edəcəklər”


  • İdman
  •  11:00 11.06.2021
  •  239
https://img.baki-baku.az/news/2021/06/photo_4003.jpg

“İtaliya bir dəfə dünya çempionatından kənarda qalanda yer yerindən oynayır. Bizim kimi, onlar da futbol sevdalısıdırlar”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin A qrupunun ilk turunda İtaliya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Romadakı açılış matçında hədəflərinin meydanı müsbət ab-havada tərk etmək olduğunu söyləyib: “Futbolçularımdan qeyri-adi bir şey tələb etmirəm. Bəzən onlar da bizdən üstün olacaqlar. Əsas odur ki, görüş bitdiyi zaman aldığımız xalların sevincini yaşayaq. Heyətimizdə İtaliya çempionatında çıxış edən oyunçular var. Bu, onlar üçün üstünlükdür. Amma onlar da tək başına nəsə edə bilməzlər. Komanda şəklində oyuna hazırıq. Turnirə favorit qismində qatılmırıq, amma favoritlər sırasına düşməyi xəyal edirik. İlk hədəf qrupdan çıxmaqdır. İnşallah, İtaliya ilə finalda da qarşılaşarıq”.

Özlərini səfərdəki kimi hiss etdiklərini vurğulayan Günəş qrup mərhələsinin Uels (16 iyun) və İsveçrə (20 iyun) ilə Bakıda keçirəcəkləri matçlarında rəqiblərin bu atmosferdə olacaqlarını bildirib: “Bura gələnə qədər 4 dəfə hərarətimizi yoxladılar. Əsl səfər ab-havası yaşayırıq. Düşünürəm ki, Azərbaycanda da rəqiblər bizə qarşı özlərini səfərdə hiss edəcəklər”.

Qeyd edək ki, Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

İdman