USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qurban Qurbanovdan AVRO-2020-nin final; ilə bağlı PROQNOZ


  • İdman
  •  10:50 10.06.2021
  •  243
https://img.baki-baku.az/news/2021/06/photo_3986.jpg

“İndidən Avropa çempionatında kimin finalda oynayacağını söyləmək çox çətindir”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AVRO-2020 ilə bağlı fikir bildirərkən deyib.

Təcrübəli mütəxəssis sabah start götürəcək turnirlə bağlı proqnoz vermək üçün komandaların oyunlarını görməyin vacibliyini vurğulayıb. Qurbanov qitə birinciliyində qrupdakı iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə azarkeşlik edəcəyini söyləyib: “AVRO-2020 başlayandan, komandaların oyununu gördükdən sonra hər hansı fikir söyləmək olar. İndi yalnız ürəyimdən keçənləri, kimi finalda görmək istədiyimi deyə bilərəm. Şübhəsiz çox istəyirəm ki, qardaş Türkiyənin millisi finalda oynasın. Həm də Türkiyəyə çox güvənirəm. Onların finalda oynayacağını düşünürəm”.

Favorit komandalarla bağlı fikirlərini bölüşən Qurban Qurbanov finalla bağlı proqnoz da verib: “Bir çox iddialı komandalarda gəncləşməni görürəm. Fransa hazırda heyətinə görə digərlərindən üstün görünə bilər. İspaniya, Almaniya seçmələrinin heyətlərində dəyişikliklər var. Belçika yaxşı mənada fərqlənir. Son oyunları və nəticələri nəzərə alsaq, mən AVRO-2020-də İtaliya - Türkiyə finalının olacağını düşünürəm”.

Qeyd edək ki, Avropa çempionatının açılış matçı sabah A qrupu çərçivəsində İtaliya ilə Türkiyə arasında keçiriləcək.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

İdman