USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Formula-1" zamanı piyadaların hərəkətinə məhdudiyyət olmayacaq


  • İdman
  •  16:55 26.05.2021
  •  293
https://img.baki-baku.az/news/2021/05/photo_3882.jpg

“Formula 1” iyunun 4-6-da Bakıda keçiriləcək. Artıq son hazırlıq prosesi gedir. Qlobal pandemiya dövründə bu, Azərbaycanın ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbirdir. APA-nın məlumatına görə, bunu “Formula 1” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Ayan Nəcəf bildirib.

O deyib ki, müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlıq işləri davam edir: “Pandemiya beynəlxalq səyahətlərə, turizmə pis təsir edir. Belə dövrdə oyunların keçirilməsi, 2000-dən çox xarici vətəndaşın gəlməsi əhəmiyyətlidir. Bu il 5-ci Qran pri-dir, bu, torpaqlar işğaldan azad olunandan sonra keçirilən tədbirdir. Bu cür oyunların keçirilməsi həmin ərazilərdə turizm potensialı üçün də körpü rolunu oynayır. Belə marağa qulluq etdiyi üçün bu cür tədbirlərin təbliğatı vacibdir. Ona görə insanlardan bu müddətdə narahatlıqları anlayışla qarşılamalarını xahiş edirik. Bu müddətdə piyadaların hərəkətinə, bulvarda olan yeraltı keçidlərdə məhdudiyyət olmayacaq, müəyyən yerlərdə də yerüstü piyada keçidləri yaradılacaq. Bulvar ərazisi də açıq olacaq, insanlar gələ biləcək. Yarış azarkeşsiz olacağı üçün bulvarda heç bir əyləncə tədbiri olmayacaq. Eyni zamanda sürücülərə nəqliyyat vasitələri üçün keçid vərəqələri verilir.

 

Bu vərəqələrin verilməsi mayın 17-dən başlayıb iyunun 6-dək davam edəcək.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İdman