USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AVRO-2020-nin kubokunun Bakıya gətiriləcəyi tarix dəqiqləşib


  • İdman
  •  12:33 03.05.2021
  •  294
https://img.baki-baku.az/news/2021/05/photo_3719.jpg

AVRO-2020-nin kubokunun qitə turu davam edir.

Apasport.az saytının məlumatına görə, çempionatın oyunlarına ev sahibliyi edəcək 11 şəhərə səyahət edəcək mükafat Roma və Buxarestin ardından Budapeştdə də nümayiş olunub.

Avropa futbolunun ən dəyərli kubokunun növbəti dayanacağı isə Bakıdır. Mükafat Azərbaycan paytaxtına bu həftə gətiriləcək.

Kubokun Bakı səfəri mayın 7-8-nə planlaşdırılıb. Lakin əvvəlki üç şəhərdə olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar geniş tədbirlər nəzərdə tutulmayıb.

Kubok turu Bakıdan sonra Kopenhagenə, ardınca isə Amsterdam, Sankt-Peterburq, Münhen, Qlazqo, Londona aparılacaq. Hələlik Sevilya səfərinin vaxtı dəqiqləşməyib. Bu da şəhərin sonradan Bilbaonu əvəzləməsi səbəbindəndir.

Qeyd edək ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avropa çempionatı 11 şəhərdə təşkil olunacaq.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman