USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gimnastika üzrə Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı açıqlanıb


  • İdman
  •  13:48 28.04.2021
  •  269
https://img.baki-baku.az/news/2021/04/photo_3662.jpg

Mayın 7-də Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və gimnastların sayı açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 3 gün davam edəcək yarışda 35 ölkədən 63-ü fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 169 idmançının iştirakı gözlənilir. 

Tokio Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün Azərbaycan yığması 8 gimnast sifariş edib. Onlardan Zöhrə Ağamirova ilə Arzu Cəlilova fərdi, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə qrup hərəkətləri üzrə yarışlarda mübarizə aparacaq. 

Təqvimə əsasən Dünya Kubokunun ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın son günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

İdman