USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun nəticələri


  • İdman
  •  10:10 29.03.2021
  •  328
https://img.baki-baku.az/news/2021/03/photo_3310.jpg

Martın 28-də futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, beşqat dünya çempionu İtaliya millisi səfərdə Bolqarıstan seçməsinin qonağı olub. Görüş italyanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Squadro azzurro"nun heyətində Andre Belotti və Manuel Lokatteli fərqləniblər. Bu qələbə sayəsində İtaliya millisi C qrupunda 6 xalla liderdir. Bolqarıstan isə sıfır xalla sonuncu - beşinci yerdə qərarlaşıb.

B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.

F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.

I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.

Turun ikinci oyun gününün açılış qarşılaşmasında Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub. Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib.

Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman