USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çempionlar Liqası start götürür - 1/8 finalın ilk oyunları bu gün və sabahdır


  • İdman
  •  00:28 16.02.2021
  •  289
https://img.baki-baku.az/news/2021/02/photo_2868.jpg

Bu gün avrokuboklarda qış fasiləsi başa çatacaq.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası 1/8 finalın ilk oyunları ilə bərpa olunacaq.

Bu mərhələnin ilk qarşılaşmaları iki həftəni əhatə edəcək. Dörd matç bu həftə keçiriləcək.

Oyunlardan ikisi bu gün baş tutacaq. Həftənin ən maraqlı qarşılaşması İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında PSJ-ni qəbul edəcək. 

Günün digər görüşü Budapeştdə keçiriləcək. “Leypsiq” “Liverpul”u Macarıstanda qəbul edəcək. Buna səbəb İngiltərə təmsilçisinin koronavirus səbəbindən Almaniyaya gedə bilməməsidir.

İkinci oyun günü Kriştiano Ronaldonun vətəni Portuqaliyaya qonaq kimi dönməsi ilə əlamətdar olacaq. Onun çıxış etdiyi “Yuventus” “Porto”nun qonağı olacaq. 

Günün digər matçı da Pireney yarımadasında keçiriləcək. “Sevilya” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 
00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)

17 fevral 
00:00. “Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
00:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman