USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DÇ-2022-nin seçmə mərhələsinin səbətlərinin tərkibi rəsmiləşib


  • İdman
  •  14:51 27.11.2020
  •  272
https://img.baki-baku.az/news/2020/11/photo_1910.jpg

“Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazırlığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib. Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı hazırlıqların nə qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada misilsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq”. Bunu FİFA prezidenti Canni İnfantino deyib.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.

Onu da deyək ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin tərkibi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 7-də keçiriləcək püşkatma ərəfəsində komandalar 6 səbətə bölünüb.

UEFA-nın rəsmən açıqladığı bu bölgü FİFA reytinqinə əsasən gerçəkləşib. Səbətlərin beşində 10, birində 5 yığma yer alıb. 

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

İdman