USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çempionlar Liqasında 3-cü turun ilk oyun günü - NƏTİCƏLƏR


  • İdman
  •  08:29 04.11.2020
  •  287
https://img.baki-baku.az/news/2020/11/photo_1636.jpg

Çempionlar Liqasında 3-cü tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib.

Turun mərkəzi qarşılaşması Madriddə olub. Bakı vaxtı ilə 00:00-da başlayan görüşdə “Real” Milan “İnter”ini qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. B qrupunun digər matçında “Şaxtyor” öz meydanında Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb və 0:6 hesabı ilə uduzub.

A qrupunda “Atletiko” Rusiyaya səfər edib. Madrid təmsilçisi Moskva “Lokomotiv”inin qonağı olub, bərabərə qalıb - 1:1.

Qrupun digər oyununda isə “Zalsburq”la səfərdə qarşılaşan “Bavariya” rəqibini 6:2 hesabı ilə darmadağın edib.

C qrupunda itkisiz irəliləyən “Mançester Siti” “Olimpiakos”la evdə münasibətlərinə aydınlıq gətirib və 3:0 hesabı ilə qalib gəlib.

D qrupunda isə liderlər İtaliyada üz-üzə gəlib. “Liverpul” “Atalanta”nı darmadağın edib - 5:0.

3 noyabr

Çempionlar Liqası, 3-cü tur

A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya) - 1:1
Qollar: 
Xose Ximenes, 18 (0:1), Anton Mirançuk, 25-pen (1:1)

00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya) - 2:6
Qollar: 
Berişa, 4 (1:0), Levandovski, 21-pen (1:1), Kristensen, 44-avtoqol (1:2), Okuqava, 66 (2:2), Boatenq, 79 (2:3), Sane, 83 (2:4), Levandovski, 88 (2:5), Hernandes, 90 (2:6)

B qrupu

21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya) -0:6
Qollar: Alassan Plea, 8, 26, 78, Valeri Bondar, 17-avtoqol, Rami Bensebaini, 44, Lars Ştindl, 65

00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya) - 3:2
Qollar: Benzema, 25 (1:0), Ramos, 33 (2:0), Martinez, 25 (2:1), Perişiç, 68 (2:2), Rodriqo, 80 (3:2)

C qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 3:0
Qollar: Torres, 12, Xesus, 81, Kanselu, 90

 

00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa) - 3:0
Qollar:Mareqa, 4, Oliveyra 28-pen, Dias, 69


D qrupu

00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland) - 1:2
Qollar: Antoni, 1 (0:1), Tadiç, 13 (0:2), Dreyer, 16 (1:2)

00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) - 0:5
Qollar: Jota, 16, 33, 55, Salah, 47, Mane, 49




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

İdman