USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan ilk dəfə fiqurlu konkisürmə üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək


  • İdman
  •  17:03 30.09.2024
  •  7
https://img.baki-baku.az/news/2024/09/photo_14905.jpg

Azərbaycan ilk dəfə olaraq fiqurlu konkisürmə üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək.

Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Konkisürmə Birliyinə (ISU) yeniyetmələr arasında Qran-Pri yarışının 2025-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı ünvanladığı müraciət müsbət qarşılanıb.

Federasiyanın təqdim etdiyi sənədlərin ətraflı müzakirəsindən sonra ISU tərəfindən 2025-ci il sentyabrın 24-27-də yeniyetmələr arasında Qran-Pri yarışının Azərbaycanda təşkilinə dair qərar qəbul edilib. Yarışa 20-dən artıq ölkənin 150-yə yaxın idmançısının qatılacağı gözlənilir.

Qeyd edək ki, irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlu konkisürmə tarixdə ilk dəfə olaraq keçiriləcək. Yarışın təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən ölkəmizdə fiqurlu konkisürmə üzrə dünya çempionatının təşkili üçün müraciət edilməsi də nəzərdə tutulur.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

İdman