USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vüqar Nadirov: "Tottenhem" “Qarabağ” üçün məğlubedilməz rəqib deyil


  • İdman
  •  11:41 26.09.2024
  •  18
https://img.baki-baku.az/news/2024/09/photo_14821.jpg

"Tottenhem"in adı bizi qorxutmamalıdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış veteran futbolçu Vüqar Nadirov keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Ağdam təmsilçisinin istənilən rəqiblə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Tottenhem" İngiltərə futboluna xas olan atletik, sürətli və dəqiq oyuna üstünlük verən komandadır. “Qarabağ” bu rəqiblə 2015-ci ildə üz-üzə gəlib və hər iki görüşdə uduzub. Amma həmin vaxtdan indiyədək hər iki kollektivdə çox şey dəyişib. Futbolda məğlubedilməz rəqib yoxdur. Qurban Qurbanovun tapşırıqları meydanda düzgün icra olunsa, uğurlu nəticə əldə edilə bilər. Düşünürəm ki, baş məşqçinin çətin səfər görüşü üçün xüsusi planları var".

38 yaşlı veteran hücumçu "Tottenhem" və "Ayaks"ı çıxmaq şərtilə, digər komandaların "Qarabağ"ın səviyyəsinə uyğun olduğunu söyləyib: "Bu iki rəqib top klubdur. Amma asan görünən komandaya qarşı oynamaq daha ağır olur. Çünki belə matçlara köklənmək çətin olur. Güclü komandalarla matçlara isə futbolçular yüksək əhvali-ruhiyyədə çıxırlar. Fikrimcə, “Qarabağ” Avropa Liqasının yeni formatda təşkil olunan Liqa mərhələsində də uğurlu nəticələr qazana bilər".

Qeyd edək ki, bu gün “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İdman