USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmizdə ən güclü ağırlıqqaldıranlar müəyyənləşib


  • İdman
  •  10:17 16.09.2024
  •  15
https://img.baki-baku.az/news/2024/09/photo_14510.jpg

Şüvəlanda yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Kişilər arasında Amin Osmanov (55 kiloqram), Dəniz Cabbarlı (61 kiloqram), Ravin Alməmmədov (89 kiloqram) və Nurlan Məmmədzadə (96 kiloqram) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kiloqram), Qasım İsmayılov (73 kiloqram) və Orxan Zöhrabzadə (81 kiloqram) gənclərdə, Tehran Məmmədov (67 kiloqram), İsa Rüstəmov (73 kiloqram), Ömər Cavadov (81 kiloqram), Mürsəl Quliyev (102 kiloqram), Əli Şükürlü (109 kiloqram) və Dadaş Dadaşbəyli (+109 kiloqram) böyüklərdə Azərbaycan çempionu adına layiq görülüblər.

Qadınlarda isə Samirə Rzayeva (45 kiloqram), Aydan Rzayeva (49 kiloqram), Selcan Qarayeva (55 kiloqram), Fazilə İmanova (64 kiloqram), Nigar Əliyeva (71 kiloqram), Arzu Qədimova (76 kiloqram), Rahilə Hüseynzadə (81 kiloqram) və Mələk Hüseynli (87 kiloqram) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kiloqram) böyüklərdə, Milena Hüseynli (59 kiloqram) gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.

Yarışda komanda hesabında uğur qazanan kollektivlər Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi daşıyır.

Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında bütün rəqiblərini aşkar üstələyən Qazax komandasına 5 min manat mükafat verilib. 2-ci olan “Təhsil” RİM-in Bakı şəhəri üzrə yığma komandası 3 min manat, 3-cü olan Gəncə komandası isə 1 (bir) min manat əldə edib.

Böyüklər arasında da Qazax komandası hamıdan güclü olduğunu sübut edib. Bu kollektivə 10 min manat mükafat təqdim edilib. 2-ci olan Lənkəran komandası 5 min, 3-cü olan Sumqayıt komandası isə 3 min manat qazanıb.

L.QURBANOVA

 




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İdman