USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Ferrari"nin pilotu: Azərbaycan Himni mənə güc verir


  • İdman
  •  18:17 14.09.2024
  •  49
https://img.baki-baku.az/news/2024/09/photo_14505.jpg

"Bu gün Bakıda olduqca həyəcanlı və rəqabətli mübarizə keçdi".

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan "Ferrari"nin pilotu Karlos Sayns mətbuat konfransında deyib.

İspaniyalı sürücü Bakının ən yaxşı treklərdən biri olduğunu söyləyib: "Burada çoxlu döngələr var. Bəzi döngələrdə sürəti azaltmaq məcburiyyətində qalırsan. Bu, sürücüdə stressə səbəb olur. Amma mən rahat idim, həyəcanımı boğa bilmişdim. Belə çətin treklər özümü inkişaf etməyimə kömək olur".

O, ilk "üçlük"də yer almağın yaxşı nəticə olduğunu vurğulayıb: "Gərgin mübarizə idi. Həftəsonunu gözləyəcəyik. Sabahkı yarışda hamıya uğurlar arzulayıram".

Pilot Azərbaycan Himninə qulaq asmağı sevdiyini bildirib: "Nədənsə, bu musiqi mənə güc verir. Himnin sözlərini əzbər bilməsəm də, melodiyasını çox xoşlayıram. Bu musiqini eşidəndə tüklərim biz-biz olur".

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İdman