USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Formula 1 Azərbaycan Qran- Prisi 2024: F1 ulduzları fan-forumda


  • İdman
  •  19:05 13.09.2024
  •  52
https://img.baki-baku.az/news/2024/09/photo_14480.jpg

Sentyabrın 13-də mövsümün 17-ci yarışı olan “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024” start götürüb.

Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, yarışın ilk günündə Formula 1 azarkeşlərinin həyəcanla gözlədiyi fan-forum keçirilib. Bulvar ərazisində, əyləncə zonasında keçirilən sessiyada “Aston Martin”, “Williams”, “McLaren”, “Mercedes” kimi məşhur F1 komandalarının pilotları öz fanatları ilə görüşüblər.

Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər səhnədəki avtoidman ulduzlarını yaxından görmək, onlarla şəkil çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə ediblər.

Formula 1 Azərbaycan Qran-Prisinin ən həyəcanlı hissəsi sayılan fan-forumlar yarış həftəsonunun 1-ci və 2-ci günü keçirilir.

Xatırladaq ki, yalnız üçgünlük bilet sahibləri “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024”ü tribunalardan izləyə, Dənizkənarı Bulvar ərazisində hazırlanmış əyləncə zonasından zövq almaqla yanaşı fan-forumlarda iştirak edə bilərlər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İdman