USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Euronews” telekanalı Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj hazırlayıb


  • İdman
  •  12:43 06.09.2024
  •  31
https://img.baki-baku.az/news/2024/09/photo_14258.jpg

“Euronews” telekanalı Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə dair reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayevin müsahibəsinin də yer aldığı reportajda yarışa hazırlıqlarla bağlı məlumat verilib.

Qurum rəsmisi Formula 1-in qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növü olduğunu qeyd edib: “Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır".

Reportajda yarış həftəsində paytaxt Bakıda böyük sayda turist axını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədə tribunaların tutumunun 35 faiz artdığı vurğulanıb. Bundan başqa, Qran-Prinin təşkilinə 1500-ə yaxın əməkdaşın, 2000 könüllü və 1400-dən çox marşalın cəlb olunması, şəhərdəki otellərin tam tutumu faktı, Bakı Halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri də yer alıb.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İdman