USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın güləş yığmaları Olimpiadaya hazırlığın son mərhələsinə start veriblər


  • İdman
  •  13:00 18.07.2024
  •  56
https://img.baki-baku.az/news/2024/07/photo_13441.jpg

Azərbaycanın güləş üzrə milli komandaları “Paris-2024” Yay Olimpiya Oyunlarına son hazırlıq prosesinə start veriblər.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.

Hər 3 komandanın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris Olimpiadasında güləş yarışı 5-11 avqustda keçiriləcək.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman