USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Qəbələ” klubuna yeni məşqçi təyin olunub


  • İdman
  •  17:32 25.06.2024
  •  79
https://img.baki-baku.az/news/2024/06/photo_13071.jpg

“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

Klubdan verilən məlumata görə, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

A.Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. 2004-2005-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. A.Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman