USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib


  • İdman
  •  15:33 10.06.2024
  •  61
https://img.baki-baku.az/news/2024/06/photo_12911.jpg

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə ARAF-ın birinci vitse-prezidenti Bəsirət Quliyev ölkədə atçılığın inkişafı və güclü idmançıların yetişdirilməsi baxımından yarışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanda keçirilən mötəbər turnirlər milli at cinslərinin dünya miqyasında tanınmasında və çövkənin təbliğatında böyük rol oynayır. Vitse-prezident iştirakçı ölkələrin dünya çempionatında idman, dostluq, sülh nümayiş etdirəcəklərinə inandığını diqqətə çatdırıb.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev isə çövkənin yalnız idman növü deyil, qədim tariximizin bir parçası olduğunu vurğulayıb. Rəsmi çıxışlardan sonra dünya çempionatı açıq elan olunub.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Bədii hissə ilə davam edən mərasimdə iştirakçı komandaların atlı paradı baş tutub.

Daha sonra Azərbaycan və Qazaxıstan komandaları arasında açılış qarşılaşması start götürüb.

Qeyd edək ki, 10 ölkədən komandaların iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İdman