USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cüdoçumuz Dünya birincisidir

Hidayət Heydərovun yolu Paris Olimpiya zirvəsinədir


  • İdman
  •  11:40 23.05.2024
  •  32
https://img.baki-baku.az/news/2024/05/photo_12575.jpg

Son dövrlər yüksəlişdə olan Azərbaycan cüdosu növbəti böyük uğura imza atdı. Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş dünya çempionatında fəxri kürsü­nün ən yüksək pilləsinə qalxaraq çempion adını qazandı. 11 ildən, yəni Elxan Məmmədlidən sonra Heydərovun belə bir uğura imza atması xalqımıza, idman ictimaiyyətimizə son dərəcə böyük sevinc bəxş etdi. “Xalq qəzeti”nin kollektivi olaraq idmançımızı təbrik edirik. 

Qarşıdan ən böyük yarış – “Paris-2024” gəlir. H.Heydərov açıqlamalarında iddialı danışır. O, Yay Olimpiya Oyunlarının qa­libi olacağına dair kifayət qədər nikbin fikirlər səsləndirir. Onun özünə bu qədər əminliyi sevindi­ricidir. Arzu edək ki, gücü və qüv­vəsi ilə yanaşı, idman xoşbəxtliyi və şansı sahəsində sözünün üs­tündə dursun. Yəqin, razılaşar­sınız ki, idmanda bəxt amili çox vacibdir. Uca Tanrı Hidayətdən hidayətini əsirgəməsin. İnşallah, dördilliyin ən böyük idman ha­disəsində də Vətənimizin bayra­ğını ən yüksəyə ucaldar. 

Hidayətin 26 yaşı var. İdman­çı karyerasının ən gözəl çağlarını yaşayır. Gənclik şövqünün verdi­yi imkanlar ona indiyədək çox­saylı titullar qazandırıb. Amma özünün də söylədiyi kimi, dünya çempionu olmaq bir başqa hiss və duyğudur. Həm dünya, həm də Avropa çempionu olmaq. Onu da deyək ki, Hidayət indiyədək 4 dəfə qitənin ən yaxşısı adını qa­zanıb. 

Digər tərəfdən, Heydəro­vu idman şansının heç də hər zaman üzünə güldüyü idmançı saymaq mümkün deyil. Nəzərə alaq ki, indiyədək üç dəfə dün­ya çempionatının yarımfinalında uğursuzluqla üzləşib. Bəlkə də, bu, ulduz xəstəliyini yaşamamaq baxımından çox yaxşıdır. Axı, bir qayda olaraq, gənc yaşlarında qazanılan böyük uğur idmançıla­rımızda başgicəllənməsi yaşadır. Bununla bağlı çoxsaylı misallar var... 

Hidayət həm Avropa, həm dünya, həm də Olimpiya çempi­onu olan cüdoçu kimi Azərbay­canın idman tarixinə düşəcəyini bildirir. Düşsün, 16 ildən – Elnur Məmmədlinin 2008-ci ildə Pe­kin Yay Olimpiya Oyunlarında qazandığı parlaq zəfərdən son­ra müstəqil Azərbaycanın cüdo üzrə daha bir Olimpiya çempionu olsun. Həm də ona görə olsun ki, Heydərovun ilkləri reallaşdırmaq əzmi var. 

Biz arzu edirik ki, Heydərov ən azı ikiqat Olimpiya çempionu olsun. Yəni, ondan daha artığını gözləyirik. Çünki hazırda belə bir titullu idmançımız yoxdur. Hidayət bunu gerçəyə çevirmək üçün çox yaxşı potensiala, ən əsası kifayət qədər vaxta malik­dir. Yaşının azlığı gələcəkdə fizi­ki göstəricilərini sabit saxlamağa imkan verəcək. Axı idmanda yaş da mühüm amildir. 

Bildirdiyimiz kimi, Hidayət Heydərov dünya çempionu adını qazananadək çoxsaylı yarışlarda qalib olub. 4 dəfə Avropa çempi­onluğunu, 3 dəfə dünya bürüncü ilə kifayətləndiyini diqqətə çat­dırdıq. Bu sıraya qitə birinciliklə­rindəki gümüş və bürüncləri də əlavə etmək mümkündür. Üstə­lik, Bakıda keçirilmiş İslam Həm­rəyliyi Oyunlarında qızıl, Minsk­dəki Avropa Oyunlarında bürünc, Yay Universiadalarında gümüş və bürünc medalları var. 

Yəni, idmançımız zirvəyə doğru aramla yol alıb və almaq­dadır. Deməli, Hidayət yalnız istedadı hesabına deyil, həm də zəhməti və əməksevərliyi hesabına öndədir. Buna görə ona yalnız Azərbaycanda deyil, ümumən dünyanın böyük cüdo ailəsində hörmət və rəğbət var. O ailədə ki, ölkəmizin orada, digər fərdi qarşıdurmalı idman sahələrində olduğu kimi, bir o qə­dər güclü təmsilçiliyinin olduğunu söyləyə bilmərik və fikrimizcə, durumu, müəyyən mənada, təbii qarşılamaq mümkündür. 

Nəzərə alaq ki, yapon dö­yüş növü olan cüdo beynəlxalq miqyasda çox populyardır. Bu populyarlıq isə dünyanın hər yerində güclülərin yetişməsinə şərait yaradır. Nəticədə rəqabət də yüksəkdir. Əlbəttə, yaponların hegemonluğunu xüsusi vurğula­malıyıq. Yeri gəlmişkən, Hidayət dünya çempionatının finalında yaponiyalı həmkarını məğlubiy­yətə uğradıb. Əbəs yerə deyil ki, o, məhz yapon idmançı üzərində qələbə qazanaraq dünya çem­pionluğunu arzuladığını bildirib. Görünür, “gündoğar ölkə”nin təmsilçilərinin üstünlüklərini qə­bul edir. Biz də Hidayətin üstün olan tərəf – sırf yapon cüdoçu üzərində qələbə qazanaraq, yük­sək titula sahiblənməsinə çox sevindik. Qələbəni, belə demək mümkünsə, tam leqallaşdıran amil elə məhz budur. 

Bəli, Hidayət Heydərov Azər­baycanda olduğu kimi, dünyada da sevilir. Onu bir qədər gənc ikən Avropa birinciliyini qazan­masını xatırlayırıq. Çempion­luğuna rəng qatan uzun saç düzümü idi. O zaman ölkəmizin idmançıları, xüsusən cüdoçuları üçün bu imicdəki yeniliyin daha parlaq əməli nəticələrdə özünü göstərəcəyini düşünmüşdük. Zənnimizdə yanılmadıq. Üstəlik, bu yeniliyə idmançımızın qələbə sevincini özünəxas emossional­lıqla qeyd etməsi bir başqa ruh qazandırırdı. 

Ümumən, hesab edirik ki, Hidayətin qələbələrə sevinmə tərzində də cüdonu hər kəsə, xüsusən yeniyetmə və gənclərə sevdirən cəhətlər çoxdur. Başqa cür ola bilməz, çünki idman eyni zamanda sevinci aşıb-daşdı­ran ruh işidir. Fiziki və mənəvi baxımdan sağlam olan bədənin gördüyü böyük ruh işi. O ruhda Vətənə, millətə, xalqa sevgi his­si, misilsiz bağlantı var. Hidayə­tin Azərbaycan Himninin sədaları altında axan göz yaşları ilə yoğ­rulmuş bağlantı. 

Ruhun, əzmin, iradən hər za­man diri, yolun açıq, şansın bol olsun, çempion! Daha böyük zir­vələrə doğru!

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV