USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Monteneqroda şahmat turniri keçirilib


  • İdman
  •  10:38 15.05.2024
  •  29
https://img.baki-baku.az/news/2024/05/photo_12410.jpg

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Herseq Novi şəhərində “Heydər Əliyev kuboku” uğrunda beşinci ənənəvi şahmat turniri keçirilib. Monteneqro Şahmat Federasiyası və “Prosvjeta” (“Təhsil”) şahmat klubu da turnirin həmtəşkilatçıları olub.

Turnirin açılış mərasimində çıxış edən Şərqi Avropa Azərbaycanlıların Koordinasiya Şurasının Monteneqro üzrə koordinatoru, “Portonovi Resort”un əməliyyatlar üzrə direktoru Seyran Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz tarixi xidmətləri haqqında iştirakçıları məlumatlandırıb. 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi yaşadığı, böyük faciələrlə qarşılaşdığı, torpaqlarını itirdiyi, daxili çəkişmələrin qurbanı olduğu məqamda xalqın istəyi ilə Ümummilli Liderin hakimiyyətə gəldiyini, ölkəni dərin böhrandan xilas etdiyini deyib. İndiki suveren və güclü Azərbaycanın dahi şəxsiyyətin strateji uzaqgörənliyinin əsəri olduğunu vurğulayıb.

O, Azərbaycanda şahmatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib. Turnirin görkəmli dövlət xadiminin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini bildirib.

Herseq Novi bələdiyyəsi sədrinin müavini Mirko Mustur Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş turnirin məhz Herseq Novida keçirilməsindən şərəf duyduqlarını deyib. O, Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bu gün Azərbaycanın nüfuzlu ölkə kimi tanındığını söyləyərək, ölkəmizin uğurlarına sevindiklərini diqqətə çatdırıb. Mirko Mustur Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Turnirə Monteneqro, Serbiya, Bosniya və Herseqovina, Rusiya və Ukraynadan qrossmeysterlər, beynəlxalq ustalar və FIDE ustaları qatılıb. “Heydər Əliyev Kuboku” üzrə birinci yeri qrossmeyster Nikola Dukiç qazanıb.

İştirakçılar davamlı dəstəyə görə “Azmont Investments” şirkətinə, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinə, Herseq Novi bələdiyyəsinə, “Prosvjeta” şahmat klubuna və Monteneqro Şahmat Federasiyasına təşəkkürlərini bildiriblər.

Ənənəvi turnirə ildən-ilə maraq artığından növbəti illərdə də keçirilməsi və daha da genişləndirilməsi qərara alınıb. Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

İdman