USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır


  • İdman
  •  01:00 01.10.2020
  •  291
https://img.baki-baku.az/news/2020/10/photo_1238.jpg

Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah bu komandaya qarşı yaxşı oynamağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Varşavada olsalar da, ürəkləri Azərbaycandadır: "Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil.

Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İdman