USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vidadi Rzayev: Prezident Gəncədə yeni stadionun təməlini qoymaqla bizi sevindirdi


  • İdman
  •  14:25 09.04.2024
  •  89
https://img.baki-baku.az/news/2024/04/photo_11935.jpg

“Gəncə futbol veteranlarının adından Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev Prezident İlham Əliyevin aprelin 9-da Gəncə şəhərində yeni stadionun təməlini qoyması barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis bir gəncəli olaraq qürur hissi keçirdiyini vurğulayıb: “Bizim şəhər hər zaman futbolla nəfəs alıb. Dövlətimizin başçısı biz gəncəliləri sevindirdi. Prezidentin qayğısı sayəsində bundan sonra Gəncədə futbol daha da inkişaf edəcək. Yeni tikilən akademiya, məşq stadionları möhtəşəmdir. Doğma şəhərim üçün xeyirli olsun”.

O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni seçilən rəhbərliyi barədə də fikirlərini bölüşüb: “AFFA-da dəyişiklik oldu. AFFA-nın prezidenti Rövşən Nəcəfi yeni vəzifəsi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, hər şey Azərbaycan futbolunun xeyrinə olacaq. Futbol ictimaiyyətində bu idman növünə aid şəxslərin olması daha önəmlidir. İnanıram ki, veteran futbolçulara da xüsusi diqqət ayrılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İdman