USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı kəndlərinin minifutbol turniri başlayıb


  • İdman
  •  15:00 30.03.2024
  •  74
https://img.baki-baku.az/news/2024/03/photo_11790.jpg

Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə martın 30-da Bakının 32 kənd və qəsəbəsinin uşaq futbol komandalarının birincilik uğrunda mübarizəsi başlayıb. 

Azərbaycanda futbol oyunlarının tarixi Bakı kəndləri ilə bağlı olduğu üçün turnirin Bakı kəndlərinin məktəbliləri arasında keçirilməsi simvolik mahiyyət daşıyır. Yarışda 64 matç təşkil ediləcək. Turnirin final matçı mayın 10-da oynanılacaq. İlk 3 yerin sahiblərinə pul mükafatları, iştirakçılara dəyərli hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan turnirdə əsas məqsəd yeni istedadların üzə çıxarılması, uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda yeni nəsildə komanda şüurunun formalaşmasıdır. 2022-ci ildə keçirilmiş ilk turnirin qalibi Yeni Suraxanı komandası olub.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman