USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“O əjdaha”dan bizdə də olacaqmı?

Gürcüstan millisinin “AVRO-2024”-ə vəsiqə qazanmasına sözardı


  • İdman
  •  09:52 28.03.2024
  •  45
https://img.baki-baku.az/news/2024/03/photo_11749.jpg

Futbol üzrə Gürcüstan millisinin "Avro-2024"-ə vəsiqə qazanması mühüm hadisədir. Təkcə idman hadisəsi deyil, həm də tarixdir. Sosial şəbəkələrdə bununla bağlı diskussiyalarda bir ana xətt diqqət çəkir. Məşhur Azərbaycan filmində deyildiyimi kimi, “o əjdahadan bizdə niyə yoxdur?” 

Bəli, obrazlı desək, bizə əjdaha la­zımdır. Bu barədə düşünərkən reallıqları deməliyik. Etiraf etməliyik ki, hələ sabiq SSRİ zamanında da gürcülərdə futbol bizdən güclü olub. Ölkə yığmasında hə­mişə üç-dörd gürcü futbolçu yer alıb. Ki­piani, Kavazaşvili, Mesxi, Metreveli, Şen­geliya, Çivadze, Daraseliya kimi SSRİ yığmasının əfsanələri olublar. Bizdə də futbolçular olub. Amma, Banişevski istis­na olmaqla, onlara “əjdaha” deyə bilmə­mişik. 

Gürcüstanın futbol məktəbi güclü idi və indi də güclüdür. Amma hazırda futbol, demək olar ki, bütün ölkələrdə populyar­dır. "Futbolu hamı oynayır, udan almanlar olur" kimi klişe də əhəmiyyətini itirib. Ona görə də "gürcülər bizdən üstündürlər və ya biz zəifik" tipli deyimləri və onlar ət­rafında isteriyanı da kənara qoymalıyıq. Təəssüf ki, qoya bilmirik. Baxırıq ki, öm­ründə futbola baxmayan biri Gürcüstan futbolçularının Avropa çempionatına çıx­masını Azərbaycan əleyhinə anti-təbliğa­ta çevirir. Siyasi bəyanatlar verənlər də tapılır. Nə isə...

Nəyin üzərində ciddi çalışırsansa, ona əmək sərf edirsənsə, mütləq bəhrəsi olur. Gürcülər çox çalışıblar, bəhrəsini də görürlər. Futbol üzrə Avropa çempiona­tındadırlar. Biz klub futbolu müstəvisində "Qarabağ" üzərində çox çalışdıq, fayda­sını da gördük. Niyə milli komanda səviy­yəsində zəifik, bunu soyuq başla düşün­məliyik. Kəsəsi, ilk növbədə, düz-əməlli uşaq futbolumuzun olmadığına diqqət yetirməliyik. 

Uşaq futbolu. Bunu düşünərkən, nəzərə almalıyıq ki, futbol təkcə oyun deyil, həm fəlsəfədir, həm də siyasət. Siyasətə strateji yanaşırıqsa, uğur qaza­nırıqsa, ölkəmiz, xalqımız əleyhinə olan yüz illik planı pozub dünyada özümüzə rəğbət formalaşdırırıqsa, siyasəti hansı­sa lokal maraqların əsirinə çevirmiriksə, futbola da münasibətimiz məhz bu tərzdə olmalıdır. Futbola strategiya kimi yanaş­malıyıq. Orduya yanaşdığımız kimi. Onu ayrı-ayrı biznesmenlərin, iş adamlarının, vəzifəli şəxslərin səxavətinə məhkum du­ruma salmamalıyıq. 

Futbol böyük biznesdir. O, özünə xırda ticarət obyekti kimi yanaşılmasını sevmir. Böyük biznesə böyük yatırım da qoyulmalıdır. Düşünülməməlidir ki, onun faydası tez bir zamanda olmalıdır. Fay­daya doğru səbrlə addımlamaq, bu dü­şüncəni rəhbər tutmaq, əzmlə çalışmaq şərtdir. Ümumən, şərtlər, görüləcək işlər çoxdur. Hələlik, ümid edək ki, o əjdaha­dan bizdə də olacaq.

P.S.Milli futbol komandasının böyük uğuru münasibətilə dost və qonşu gürcü xalqını səmimi qəlbdən təbrik edirik!

R.ƏVƏZ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV