USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Gimnastika Federasiyasının Ümumi Yığıncağı keçirilib


  • İdman
  •  14:41 10.02.2024
  •  81
https://img.baki-baku.az/news/2024/02/photo_11080.jpg

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü Ümumi Yığıncağı keçirilib.

AGF-dən verilən məlumata görə, hesabat xarakterli yığıncaqda qurumun İcra Komitəsinin üzvü Rauf Əliyev idmana və idmançılara daim diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevin prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra ümumi yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

İclasda federasiyanın baş katibinin ötən il gimnastika idman növlərində əldə olunan nailiyyətlər, Bakıda təşkil olunan beynəlxalq yarışlar, bölgələrdə yeni bölmələrin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı video formatda təqdim olunub.

Yığıncaqda federasiyanın ötən il üzrə maliyyə hesabatı da dinlənilib.

AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva 2023-cü ilin gimnastlar üçün uğurlu olduğunu, qarşıda idmançıları daha məsuliyyətli Olimpiya ilinin gözlədiyini bildirib. O, əldə olunan nailiyyətlərin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kafedra müdiri Qyurka Qançeva AGF və ADBTİA arasında mövcud olan uğurlu əməkdaşlıqdan söz açaraq, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

AGF-nin Veteranlar Şurasının sədri Elşad Nərimanov veteran gimnastların da federasiya rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Daha sonra 2023-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.

Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatının qalibi Kamilla Əliyeva, İngiltərənin Birmingem şəhərində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibləri - Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) AGF-nin gümüş medalı ilə təltif olunublar.

Ümumi Yığıncaq rəsmi bağlanışla işini yekunlaşdırıb.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İdman