USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AFFA hakimliyə namizədlərin hazırlığına başlayıb


  • İdman
  •  18:50 29.01.2024
  •  97
https://img.baki-baku.az/news/2024/01/photo_10850.jpg

AFFA hakim və köməkçi hakim olmaq istəyən şəxslər üçün bir həftəlik kurs təşkil edib.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, UEFA-nın başlatdığı “Be a Referee” (“Hakim ol”) kampaniyasından yararlanan şəxslər fərdi müsahibəyə dəvət olunublar.

İlkin mərhələni uğurla keçən namizədlər daha sonra nəzəri hazırlıq, meydan çalışmaları ilə kursu başa vurublar.

Türkiyəli ekspert Hamza İşın tərəfindən təşkil olunan kursa qadın namizədlərin də marağı yüksək olub. Kursu uğurla tamamlayan namizədlər sabiq FIFA referiləri Ömər Paşayev və Rəhim Həsənovun verdiyi müxtəlif nəzəri təlimlər və fəaliyyətlərlə təhsillərini davam etdirirlər.

Sonrakı mərhələdə oyun qaydaları imtahanını və fiziki testləri uğurla verəcək namizədlər aşağı kateqoriyalı oyunlardan başlayaraq hakimliyə ilk addımlarını atacaqlar.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İdman