USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Bavariya" UEFA Superkubokunu qazandı (FOTO)


  • İdman
  •  01:47 25.09.2020
  •  278
https://img.baki-baku.az/news/2020/09/photo_1081.jpg

UEFA Superkubokun sayca 45-ci sahibi Almaniyanın "Bavariya" klubu oldu. Həlledici matçda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sına 2:1 hesabı ilə qalib gəldi. 

Macarıstanın paytaxtı Budapeştin "Ferents Puşkaş" stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdı. "Sevilya"dan Okamposun 13-cü dəqiqədə penaltidən vurduğu qola almanlar 34-cü dəqiqədə Qoretska ilə cavab verdilər. Əlavə vaxtda - matçın 104-cü dəqiqəsində Martines "Bavariya"nı önə çıxardı. Beləliklə Münhen təmsilçisi tarixində 2-ci dəfə Superkubokun sahibi oldu.

Qeyd edək ki, pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirildi. Stadionun 30 faizinə azarkeşlər buraxıldı ki, bu isə matçı təxminən 15 minə yaxın insanın meydanda izləməsi demək idi. 

 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

İdman